Sosial şəbəkədə biz:

Şair-jurnalist Böyükkişi Heydərli dünyasını dəyişib

Azinforum.az teleqraf.com-a istinadən  xəbər verir ki, ağır xəstəlikdən əziyyət çəkən şair Böyükkişi Heydərli bu gün səhər gözlərini əbədi yumub. Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında ikən şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından "Yeni Müsavat" qəzetində işləyir. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Yazıçı Qor təxəllüsü ilə də əsərlər yazır. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir. 2001-ci ildə "Səmasız buludlar" adlı şeirlər kitabı işıq üzü görüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol