Sosial şəbəkədə biz:

Vaksinin insanda yaratdığı immunitet müddəti nə qədərdir? – Açıqlama

15 February 2021, 09:47
Gündəm

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib.

TƏBİB-dən verilən məlumata görə, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir.

"İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", məlumatda qeyd olunub.