Sosial şəbəkədə biz:

Koronavirusa yoluxduğu deyilən Ağacan Abiyev: “Testimin cavabı neqativ çıxıb”

17 February 2021, 18:37
Gündəm

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyevin səhhəti normaldır.

Bu barədə Oxu.Az-a Ağacan Abiyevin özü məlumat verib:

“Mən koronavirusa yoluxmamışam. Fevralın 16-da verdiyim testin nəticəsi neqativ çıxıb. Özümü yaxşı hiss edirəm. Məndən ötrü narahat olmağa əsas yoxdur. Səhhətim yaxşıdır”.