Sosial şəbəkədə biz:

Paşinyan əleyhinə mitinqdə təxribat cəhdi - VİDEO

20 February 2021, 18:47
Gündəm

Bu gün Ermənistan müxalifətinin İrəvanın Azadlıq meydanında təşkil etdiyi mitinqdə təxribata cəhd olub.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Belə ki, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanın mitinq iştirakçıları qarşısında çıxışı zamanı bir nəfər tribunaya qalxaraq qışqırmağa və təxribata cəhd göstərib. Mitinqə gələnlər onu tribunadan aşağı endiriblər.

Təxribata cəhdin hakimiyyət tərəfindən planlaşdırıldığı iddia olunur.

https://www.youtube.com/embed/65bX82ewqQs

Azvision.az