Sosial şəbəkədə biz:

Gürcüstan Keşikçidağda yeni sərhəd zastavasının inşasını başa çatdırır

22 February 2021, 09:39
Gündəm

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən David Qareci (Keşikçidağ – red.) məbəd kompleksi ərazisində yeni sərhəd zastavasının tikintisi başa çatmaq üzrədir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomeluri bildirib.

O, inşaat işlərinin yaxın zamanlarda yekunlaşdırılacağını qeyd edib.

V.Qomelaurinin sözlərinə görə, 2020-ci ildə sərhədyanı infrastrukturun təkmilləşdirilməsi, dövlət sərhədinin müasir texniki vasitələrlə təchizatı, aviasiya potensialının inkişafı üzrə xüsusilə əhəmiyyətli addımlar atılıb.

Qeyd edək ki, sərhəd bölməsinin inşası layihəsi ABŞ-ın Müdafiə sahəsində Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) dəstəyi ilə həyata keçirilir.