Sosial şəbəkədə biz:

"Ordumuzun gücü sayəsində Zəfər qazandıq" - Zakir Həsənov

19 March 2021, 09:43
Gündəm

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ötən il sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı rəşadətli ordumuzun başladığı və 44 günlük Vətən müharibəsinə çevrilən uğurlu əks-hücum əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi.

Bu Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində deyilir.

Qeyd olunub ki, müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və ordumuzun gücü sayəsində Zəfər qazandıq:

"Bu gün xalqın, dövlətin və ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır".