Sosial şəbəkədə biz:

“Polis də onlara söz deyə bilmir...”

"Bu yaxınlarda mən maşınımla gedəndə avtobus qəza şəraiti yaratdı. Biz ölümdən döndük. Maşını saxlayıb polisə bu barədə məlumat verdim." Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı parlamentdə “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib. O qeyd edib ki, polis bunun qarşısını ala bilmədiyini vurğulayıb: “Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Doğrudanmı, avtobus sahibkarlarına söz demək mümkün olmur.  Bu gün avtobuslar necə gəldi marşrutu sürürlər. Sərnişinlərin hüquqlarını pozurlar. Yüksək səslə mahnılar qoyurlar. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol