Sosial şəbəkədə biz:

Azərbaycanlı avtoritetlər arasında atışma - Baba Naxçıvanski öldürüldü

01 April 2021, 12:06
Gündəm

Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma ölümlə nəticələnib.

Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Baba Naxçıvanski, Xarkov ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında dava olub.Sonda  Baba Naxçıvanski öldürülüb, Fuad Xarkov isə yaralanıb.

Məlumata görə, bu dava Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası alınması ilə bağlıdır. Bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Baba Naxçıvanski peşəkar cüdoçu və müxtəlif turnirlərin qalibi olub. 

Azərbaycanlı avtoritetlər arasında atışma -Baba Naxçıvanski öldürüldü (VIDEO)
Azərbaycanlı avtoritetlər arasında atışma -Baba Naxçıvanski öldürüldü (VIDEO)