Sosial şəbəkədə biz:

Böyük Dayaq Partiyası Təsis Qurultayını keçirdi - Mirkazım Seyidov partiyanın sədr seçildi - FOTO

09 April 2021, 16:17
Gündəm

Bu gün Böyük Dayaq Partiyasının təsis qurultayı keçirilib. Bakı şəhərindəki restoranlardan birindən idarə olunan  qurultay pandemiya qanunlarına uyğun şəkildə  baş tutub. Qurultay nümayəndələrinin səsverməsi nəticəsində tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov yeni yradılan partiyanın sədr seçilib. Qurltaya qonaq qismində  qatılan  bir neçə tanınmış siyasi partiyaların funksionerləri, dünyanın müxtəlif ölkələrindəki tanınmış diaspor liderləri yeni yaradılan partiyaya öz təbriklərini çatdırıblar.  Qurultayda partiyanın İdarə Heyəti və digər rəhbər strukturları formalaşdırılıb.  Sonda qurultay iştirakçıları adından ölkə ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edilib.