Sosial şəbəkədə biz:

Bayden Belarusdakı insidentlə bağlı tapşırıq verdi

25 May 2021, 09:18
Gündəm

ABŞ Prezidenti Co Bayden Aİ-nin Belarusla bağlı ünvanlı iqtisadi sanksiyalar və digər tədbirlər tətbiq etmək çağırışını dəstəkləyir.

“ Azinforum.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Baydenin bəyanatında deyilir.

“Mən bu hadisənin faktlarını aydınlaşdırmaq üçün beynəlxalq araşdırma aparılması ilə bağlı bir çox çağırışlara qoşuluram. Mən Aİ-nin ünvanlı iqtisadi sanksiyaların tətbiqinə çağırdığı və digər tədbirlər barədə məlumatları alqışlayıram”, - bəyanatda deyilir.

“Mən komandama tapşırdım ki, bunda əli olanları məsuliyyətə cəlb etmək üçün Avropa İttifaqı, digər müttəfiqlər və tərəfdaşlar, beynəlxalq təşkilatlarla sıx koordinasiyada müvafiq variantlar hazırlasınlar”, - bəyanatda qeyd olunur.

Bayden bildirib ki, Belarusdakı təyyarə ilə bağlı insident və Protaseviçin saxlanılması beynəlxalq normaların təhqir edilməsidir:

“Belarusun Aİ-nin bir ölkəsindən digərinə uçan kommersiya təyyarəsinin istiqamətində məcburi dəyişiklik etməsi, həmçinin Roman Protaseviçin həbsi beynəlxalq normaların birbaşa təhqiridir. ABŞ təyyarənin istiqamətinin dəyişdirilməsi və Protaseviçin həbsini ən qəti şəkildə pisləyir”.