Sosial şəbəkədə biz:

Lukaşenko Azərbaycan nümayəndə heyətini təbrik etdi

28 May 2021, 12:31
Gündəm

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 28-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Azərbaycanın Baş naziri Əli Əsədovun da iştirak etdiyi tədbirin əvvəlində A.Lukaşenko Azərbaycan nümayəndə heyətini 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Bundan sonra o, tədbir iştirakçılarını salamlayıb və nitqi ilə çıxış edib.