Sosial şəbəkədə biz:

Köçəryan yenə Hadrutdan danışır

30 June 2021, 08:48
Gündəm

"Hakimiyyət mövcud kursuna davam edərsə, il yarımdan sonra yenidən erkən parlament seçkiləri keçiriləcək". Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

"Ermənistan" blokunun lideri bildirib ki, erkən seçkilər siyasi böhrandan çıxmaq üçü keçirilir. Amma bu, Ermənistanda baş vermədi: "Bu, niyə məğlub olduğumuz, beş min insanın niyə öldüyü, Şuşa və Hadrutun necə itirildiyi suallarına cavab almayacağımız deməkdir."

Mövcud şəraitdə hakimiyyət ya siyasi repressiya və təqibləri davam etdirəcək, ya da nəticə çıxaracaq və iş üslublarını kökündən dəyişdirəcəklər. Ancaq onlar artıq ilk yolu seçdilər və bu, erkən seçkilərə yol açır", deyə Robert Koçaryan bildirib.