Sosial şəbəkədə biz:

Bakıda polis rəisi intihar etdi - Generalın qardaşıdır

09 July 2021, 15:26
Gündəm

Bakının Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

Polis polkovnik-leytenantı Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılr.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, məşhur polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.