Sosial şəbəkədə biz:

Vilayət Eyvazov Bakının bu rayonuna rəis TƏYİN ETDİ

19 July 2021, 11:33
Gündəm

Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əliyev Ziya Fəxrəddin oğlu vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə, o, Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

Xəbəri Nizami RPİ-dən Unikal.org-a təsdiqləyiblər.

Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq polis polkovnik-leytenantı Hidayət Babayev icra edir.