Sosial şəbəkədə biz:

Türkiyənin yanğın baş verən bölgələrinə uçuşu olanların nəzərinə

30 July 2021, 09:23
Gündəm

Türkiyədə yanğın bölgələrinə uçuşu olanlar biletlərini pulsuz dəyişə və ya qaytara biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türk Hava Yolları (THY) məlumat yayıb.

“Mavi göy üzümüz qaraya boyanır. İçimiz yanır. Türkiyə Hava Yolları olaraq yanğın bölgələri üçün uçuşu olan qonaqlarımıza biletləri pulsuz dəyişmək və qaytarmaq hüququ verdik.

Gözəl ölkəmizə keçmiş olsun”, - şirkətin mətbuat müşaviri Yəhya Üstün bildirib.