Sosial şəbəkədə biz:

"Barselona"nın prezidenti Messinin PSJ-yə keçəcəyini təsdiqləyib

08 August 2021, 17:03
Gündəm

İspaniya "Barselona"sından ayrılan argentinalı futbolçu Lionel Messinin Fransa PSJ-sinə keçəcəyi dəqiqləşib.

"Report"un məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta "Tuttomercatoweb" nəşrinə açıqlamasında deyib.

Funksioner 34 yaşlı hücumçunun Paris klubuna transfer olacağını təsdiqləyib: "Onun "Barselona"da qalmasını istərdim. Bunun üçün hər şeyi etdim. Amma alınmadı".

Qeyd edək ki, Lionel Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı və illik 40 milyon avro qazanacağı bildirilib.