“Qalatasaray” Avropa Liqasında pley-offa yüksəldi
Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində Şotlandiyada yerli “Sent Conston”la qarşılaşıb.
İlk oyunda 1-1 hesablı nəticə qeydə alınsa da, bu dəfə 6 qol vurulub.
4:2 hesabı ilə qalib gələn “Qalatasaray”ın qollarına Mbaye Diaqne, Muhammet Akturkoğlu, Sofian Fequli və Emre Kılınc imza atıblar.
Avropa Liqasının pley-offuna yüksələn “Qalatasaray” bu mərhələdə Danimarka təmsilçisi “Randers”lə qarşılaşacaq.
Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.