Sosial şəbəkədə biz:

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı HƏDƏLƏDİ: “Səni sənətə atam gətirib, elə etmə ki…” - VİDEO

07 September 2021, 19:35
Gündəm

Məşhur müğənni Könül Kərimovanın “Laçınım” mahnısının Əməkdar artist Məhəbbət Kazımov deyil, özünün bəstəsi olması ilə bağlı iddiası mərhum sənətçinin oğlu Rəşid Kazımovu özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən Rəşid əsəbiləşərək, “Könülü bu sənətə atam gətirib, atamın sağlığında onun cəsarəti çatmazdı belə söz deməyə. Bir də belə hal yaşansa, məcburam, hüquq mühafizə orqanları ilə buna son qoyum”, – deyib.

https://www.youtube.com/watch?v=ES7WAo1B4Yg