Sosial şəbəkədə biz:

Qüdrət Həsənquliyevin iki silahdaşı koronavirusdan öldü

11 September 2021, 14:55
Gündəm

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli vəfat edib.

O, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

Həkimlərin səyinə baxmayaraq partiya funksionerinin həyatını xilas etmək mümkün olmayıb. Y.Mehdibəyli sentyabrın 11-də səhər saatlarında dünyasını dəyişib.

Bundan əlavə, partiyanın Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov da koronavirus səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, BAXCP-yə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev rəhbərlik edir.

Allah rəhmət eləsin!