Fransalı deputatlar Qarabağda “qondarma seçki”ni müşahidə edəcəklər
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan aprelin 30-da Fransa Milli Məclisinin deputatı, Fransa-Qarabağ dostluq qrupunun sədri Fransua Roşbluanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, onların məqsədi mayın 3-də qondarma rejimin Qarabağda keçirəcəyi “parlament seçkiləri”ni müşahidə etməkdir.<p"> Məlumatda qeyd edilir ki, görüşdə Fransa ilə qondarma rejim arasındakı əməkdaşlıq məsələsi də müzakirə olunub.