Sosial şəbəkədə biz:

Prezidentdən “Multikulturalizm ili” ilə bağlı SƏRƏNCAM

11 March 2016, 18:54
Gündəm
Azərbaycan Prezidenti İlham Əliyev “2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. DİA.AZ xəbər verir ki, sərəncamda deyilir: 1. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.