AMİP və YYP sədrləri görüşüb
Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun siyasi partiyalarla görüşləri davam edir.
YYP sədri bu gün AMİP sədri Arzuxan Əlizadə ilə növbəti görüş keçirib. Görüşdə ənənəvi olaraq ictimai-siyasi vəziyyət və iki partiya arasında gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Həmçinin, görüşdə son zamanlar qonşu dövlətlər tərəfindən Azərbaycana qarşı olan siyasi addımlar müzakirə olunub. Sonda Arzuxan bəy YYP-yə gələcək siyasi fəaliyyətində uğurlar arzulayıb.