Sosial şəbəkədə biz:

AMEA-nın xanım işçisi “13-cü imam” oldu, “sertifikat” aldı

28 September 2021, 09:34
Gündəm

zərbaycan Milli Elmlər Akademiyasının işçisi olan ali savadlı xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.

Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc yayıb.
O bildirib ki, “sertifikatın” verilməsi üçün AMEA işçisindən pul alıblar.

“Öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğrudan buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər”, - A.Layıc bildirib.

Vəkil “sertifikat”ın “inanclı insanlar” tərəfindən imzalandığı da qeyd edib.

Qeyd edək ki, AMEA-nın xanım əməkdaşının bu savadsızlığı sosial şəbəkələrdə kəskin tənqid olunmaqdadır. Bakupost.az