Sosial şəbəkədə biz:

Rusiyada virusa gündəlik yoluxma 29 mini keçdi

09 October 2021, 13:38
Gündəm

Rusiyada son sutka ərzində daha 29 362 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Azinforum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 746 718 nəfərə çatıb.

Ötən gün Rusiyada 968 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 215 453 nəfərə çatıb. İndiyədək 6 840 845 xəstə sağalıb.