Nazirlik dövlətdən 300 mini alıb ora xərcləməli deyildi - Şahbaz Xuduoğlundan İRAD
"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitab, teatr, səhiyyə sahəsində mövcud olan bir neçə problemləri dilə gətirib.
Bu barədə APA TV-ə danışan naşir qeyd edib ki, bir çox ölkələrdə, o cümlədə qonşumuz Gürcüstanda kitab əlavə dəyər vergisindən azaddır, lakin Azərbaycanda 18% ƏDV tələb olunur.
O qeyd edib ki, bundan başqa, ölkəmizdə kitaba görə ödənilən gömrük rüsumu da yüksəkdir.
Ş.Xuduoğlu teatrların özəlləşdirilməsinin, kitab sərgilərini Mədəniyyət Nazirliyi deyil, naşirlərin həyata keçirməsinin tərəfdarıdır.