Sosial şəbəkədə biz:

Azərbaycanda yaşlı ər və arvad öldürülüb

14 March 2016, 10:52
Gündəm
Hadisəni törədən şəxs axtarılır Azərbaycanda ahıl ər və arvad evində öldürülüb. Qazax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, martın 13-də Cəfərli kəndində 1939-cu il təvəllüdlü Osmanov Nəriman Bayraməli oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Bakıxanova Dünya Mehbulla qızı qətlə yetirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi hələlik məlum deyil. Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.