Sosial şəbəkədə biz:

Naxçıvanda “Azərbaycan Kəməri” uğrunda döyüş olacaq

Azinforum.az-ın məlumatına görə Kikboksinq üzrə Peşəkarlar arası “Azərbaycan Kəməri” uğrunda döyüşlər may ayının 7-də 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman kompleksində keçiriləcək. Yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda peşəkar yarışmanın ilk dəfə olaraq keçirildiyini bildirib: “Respublikada kikboksinq idman növünün peşəkar istiqamətinin inkişaf etdirilməsi, həmçinin idmançıların ustalığının artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verməkdir. Həmçinin, bu çempionatın qalibləri hər çəki dərəcəsindəki kəmər sahibləri,ölkəmizi beynəlxalq peşəkar yarışlarda təmsil edəcəklər”,-deyə federasiya rəhbəri əlavə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol