Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI - AÇIQLAMA
Azərbaycanda daha bir partiya - Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.
Bununla bağlı partiyanın sədri Əli İnsanov məlumat yayıb.
Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.