Sosial şəbəkədə biz:

Rəqsanə Azərbaycana niyə gəlmirdi?

27 October 2021, 08:52
Gündəm

Uzun illərdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova 5 il sonra yenidən Azərbaycana qayıdıb.

Axşam.az xəbər verir ki, ifaçı oktyabrın 25-də hava limanından birbaşa həmkarı Sevda Yahyayevanın toyuna gəlib.

İfaçı bildirib ki, uzun müddətdən sonra Bakıya qayıtdığı üçün sevinclidir: "Çox sevinirəm ki, yenidən doğma yurdumdayam. Çoxdan Bakıya gəlmək istəyirdim. Amma pandemiyaya və başqa səbəblərə görə bu istəyim baş tutmurdu. Azərbaycanda yeni işlərimi təqdim edəcəm. Az qaldı".