Sosial şəbəkədə biz:

Lerikə qar yağdı

27 October 2021, 17:41
Gündəm

Azərbaycanın cənub bölgələrindən olan Lerik rayonuna bu il ilk qar yağıb. Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, qar əsasən, ucqar dağ kəndlərinə düşüb: "Şəhərin özünə də qar yağıb. Belə bir problem yaratmayıb. Amma bu ilin sentyabrında leysan yağışlarının fəsadları çox oldu. Torpaq sürüşmələri baş verdi, bəzi kəndlərin yolları bağlandı. Əhali tərəfindən salınmış körpülərdə dağıntı oldu. Əsaslı körpülərdə dağıntı olmayıb. Bərpa etmişik".

Lerik rayonunun 161 kəndi var. Əhalinin sayı 90 min nəfərə yaxındır. Lerik rayonu dağlıq ərazidə, İranla sərhəddə yerləşir. Bir neçə gün öncə isə Azərbaycanın şimal rayonlarına da qar yağdığı açıqlanmışdı. Qarın qalınlığının 20 sm olduğu bildirilirdi.

https://www.youtube.com/watch?v=SO7vwYaTNF4