Sosial şəbəkədə biz:

Azərbaycan 11 hərbçinin qalıqlarını Ermənistana verib

02 November 2021, 16:33
Gündəm

Azərbaycan daha 11 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

11 erməni hərbçinin meyitinin qalıqları Qırmızı Bazar qəsəbəsində qarşı tərəfə verilib.

Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1697 erməni hərbçinin meyiti və qalıqları aşkar edilib. (APA)