Sosial şəbəkədə biz:

Azərbaycanlı diktor koronaya yoluxdu: vəziyyəti ağırdır

02 November 2021, 20:17
Gündəm

Diktor Lüdmila Nəzərli COVID-19-a yoluxub, vəziyyəti ağırdır.

Medicina.az xəbər verir ki, bu barədə onun qızları sosial şəbəkədə bildirib.
Məlumata görə, L. Nəzərli hazırda reanimasiyadadır.
Qeyd edək ki, diktor Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

L. Nəzərli ötən il "Tərəqqi" medalına layiq görülüb.