Sosial şəbəkədə biz:

Son sutkada koronavirusa yoluxanların sayı artdı

03 November 2021, 16:42
Gündəm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2256 yeni yoluxma faktı qeydə alınıb, 2208 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. Son sutkada koronavirus (COVID-19) əleyhinə 45561 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10418 nəfərdir.