Sosial şəbəkədə biz:

"Sülh müqaviləsi imzalanana qədər..." - Sabiq XİN başçısı

04 November 2021, 09:05
Gündəm

"Müharibənin "birinci" və "ikinciyə" bölünməsi məncə yanlışdır”.
Bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, 1994-2020-ci il dövründə müharibə dayanmayıb, atəskəs qurulub:
"Ermənistan Respublikası silahlı qüvvələrinin çoxsaylı təxribatları nəticəsində minlərlə şəhid vermişik. Bu gün də müharibə vəziyyəti başa çatmayıb, çünki Ermənistan Respublikası ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina edir. Sülh müqaviləsi imzalanana qədər biz müharibə etməyə davam edirik”.