Sosial şəbəkədə biz:

“PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” - Ərdoğan

05 November 2021, 20:15
Gündəm

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə rayonundakı Milli Parkın açılış mərasiminə qatılıb.

Tədbirdə çıxış edən dövlət başçısı ölkəsinin xarici siyasətdəki uğurlarını dilə gətirib. O, Türkiyənin öz PUA-ları ilə Azərbaycanda, xüsusilə də Qarabağda mövcudluğunu diqqətə çatdırıb.

“Diplomatiyadan tutmuş hərbi sahədəki uğurlaradək bir çox sahələrdə Türkiyənin nüfuzunu, gücünü dost və düşmənlərə qəbul etdirdik. PUA-larımızla artıq hər yerdə varıq. Liviya varıq, Azərbaycanda varıq, Qarabağda varıq”, -deyə Ərdoğan bəyan edib.

O, həmçinin Suriyada terrorçularla mübarizəni davam etdirəcəklərini də bildirib./Oxu.az