Sosial şəbəkədə biz:

Sabah hava necə olacaq

07 November 2021, 13:46
Gündəm

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən daxil olan xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 4-8° isti, gündüz  12-14° isti,Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi  770  mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 07-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturugecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta,  gündüz  3-8° isti olacaq.