Sosial şəbəkədə biz:

Ermənistanda virusdan ölənlərin sayı 6700-ə çatıb

08 November 2021, 11:36
Gündəm

Ermənistanda son sutka ərzində daha 810 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 321 243 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 30 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6700-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1337 nəfərdir. Aktiv xəstələrin sayı 30 340 nəfər təşkil edir.