Hər il təkrarlanan problem: "Azəristiliy"in "Azəriqaz"a 25 milyon borcu var
Qarşıdan qış ayları gəlir, havalar soyuyur.
Məlum olduğu kimi, noyabrın 15-dən Azəristiliktəchizat qış rejiminə keçir, istilik sistemləri işə salınır.
Ancaq bu il əhalinin istiliklə təmin olunmasında problem yarana bilər. Çünki mənzilləri istiliklə təmin edən Azəristiliktəchizat ASC-nin Azəriqaz İB-ə 25 milyon manat borcu var.