Sosial şəbəkədə biz:

Çılpaq qızlar Xalq Cəbhəsinə hücum etdi

“Femen” hərəkatının fəalları Fransa Xalq Cəbhəsinin əfsanəvi lideri Marin Le Penə hücum edərək onun Lanna D`Arkın Parisdəki abidəsi önünə əklil qoymasına mane olmağa çalışıb. Virtualaz.org saytı Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, yarıya qədər soyunmuş iki “Femen”çi qız tədbir keçirilən məkanda qəfildən Marin Le Penə doğru qaçıb. Kürəyinə və sinəsinə “Baş faşist - Le Pen” sözləri yazılmış yarıçılpaq qızlar mühafizəçilər tərəfindən dərhal dövrəyə alınaraq zərərsizləşdirilib. Amma məsələ bununla da bitməyib. “Femen” hərəkatının başqa üç üzvü Le Penin Opera meydanında çıxış etməsinə mane olmağa çalışıblar. Əllərinə meqafon götürən qızlar yaxınlıqdakı binaların birinin balkonuna çıxıb. Onlar Fransanın millətçi partiyasının liderini nasist Almaniyası dövrünə xas işarələrlə salamlayıblar. Sinəsinə və kürəyinə “Heil, Le Pen!” (“Hayl, Le Pen!”) sözləri yazılmış bu qızların aksiyasının da qarşısı mühafizəçilər tərəfindən alınıb. Janna D`Ark günü 1989-cu ildən bəri Xalq Cəbhəsi tərəfindən bu partiyanın ənənəvi bayramı kimi qeyd olunur.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol