Sosial şəbəkədə biz:

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldu

12 November 2021, 16:28
Gündəm

Bir müddət öncə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.

Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib:

"Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs - red.) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.

Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.

Yenisabah