Hicab geyindirilən 9-cu sinif şagirdi intihar etdi
Beyləqanın Birinci Şahsevən kəndində 9-cu sinifdə oxuyan qız intihar edib.
Belə ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qız bir neçə gün əvvəl özünü həyətdəki tikilidən asıb.
Bildirilib ki, qız ailəsi tərəfindən bu yaxınlarda məktəbdən çıxarılıb və hicab geyindirilib.