Sosial şəbəkədə biz:

"Miqrasiya böhranın Qərb özü yaradıb" - Putin

13 November 2021, 13:26
Gündəm

“Miqrasiya böhranlarını Qərb dövlətləri özləri yaradıb”. 

Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri Angela Merkel bir-birləri ilə danışmağa hazırdırlar: “Yaxın günlərdə onların danışacağına ümid edirəm. Bu, çox vacibdir, çünki miqrantlar əsasən Almaniyaya üz tuturlar”.

Putin əlavə edib ki, ilk növbədə Belarus- Polşa sərhədində olan miqrant uşaqlara yazığı gəlir. Onun sözlərinə görə, heç bir Rusiya aviaşirkəti miqrant daşımır. AzVision.az