Sosial şəbəkədə biz:

“Peyvənd vurduran şəxslər arasında ölüm halı müşahidə edilmir” - Adil Qeybulla

15 November 2021, 16:55
Gündəm

Alimlər bu qərara gəliblər ki, peyvəndin qoruyuculuq qabiliyyəti maksimum 6 aydır. Deməli, hər bir insan ildə ən azı 2 dəfə peyvənd olunmalıdır. Pandemiyanın bitəcəyi tarixlə bağlı konkret rəyin olmadığından COVID-19-nun təxminin 5 il davam etdiyi təqdirdə, həkimlərin tövsiyəsinə uyğun olaraq insanlar sağ qalmaq üçün 30 dəfə peyvənd olunmalıdır.

Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Yenisabah.az açıqlamasında deyib ki, daşıyıcı viruslara qarşı ömürlük peyvənd yoxdur:

“Onlar daima mutasiyaya uğrayırlar. Qripin 2000-dən çox ştammı var. Ona görə də, hər il qripin yeni peyvəndi ortaya çıxır. Qripə qarşı peyvənd olunmuş şəxslər hətta virusa yoluxduqda belə xəstəliyi xeyli yüngül keçirirlər. O cümlədən koronavirusa. 

Koronavirusda RNT daşıyıcı virus olduğu üçün daim mutasiyaya uğrayır və xassəsini dəyişir. Ona görə də mövcud peyvəndlərin təxminən 6 aylıq müddəti var”.

Həkimin sözlərinə görə, immun sistemin mövcud mutasiyalara qarşı davamlılığı üçün dəstəkləyici doza vurulmalıdır:

“Pandemiya əbədi deyil. Maksimum 3 ilə başa çatacaq. Bu müddət ərzində dəstəkləyici (buster) vaksin vurulmasından qətiyyən çəkinmək lazım deyil. Çünki peyvənd vurduran şəxslər arasında ölüm halı müşahidə edilmir. Ən azından bu çox önəmlidir”.