Sosial şəbəkədə biz:

Bu il Azərbaycanda 12 mindən artıq boşanma halı qeydə alınıb

15 November 2021, 20:03
Gündəm

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.