Sosial şəbəkədə biz:

Prezident Vəli Nağıyevə rütbə verdi - 2 sərəncam

16 March 2016, 19:18
Gündəm
Prezident İlham Əliyev V.N.Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.   Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:   Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.   ***   İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.   Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:   Miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:   Abbasov Niyaz İsaq oğlu Həsənov Həsən Çingiz oğlu İsmayılov Füzuli Cahangir oğlu Qədimov Anar Vahid oğlu Musayeva Samirə Paşa qızı Sadıqova Ülfət Məhərrəm qızı Səfərov Mehman Elxan oğlu Turabov Nazim Soltan oğlu.