Sosial şəbəkədə biz:

Ermənilər Tovuzu növbəti dəfə atəşə tutdu

18 November 2021, 15:40
Gündəm

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

" Azinorum.az " xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Cavab atəşi ilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.