Sosial şəbəkədə biz:

İcra başçısının məmur oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - 77-LL-077

19 November 2021, 08:35
Gündəm

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan avtomobilinin dövlət nömrə nişanını dəyişib.

Belə ki, “Mercedes Benz G-63 AMG” markalı maşının 10-LL-077 nömrə nişanını 77-LL-077 ilə əvəzləyib.    77-LL-077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb.

Xatırladaq ki, Elşən Babaşadə Dövlət Vergi orqanında müfəttişdir.

Hit.az Fotoları təqdim edirik