Sosial şəbəkədə biz:

“Azərbaycanda hazırda koronavirusla bağlı ölüm hallarında artma yoxdur”

20 November 2021, 14:25
Gündəm

“Ölüm səviyyəsinin rəqəmlə qiymətləndirilməsi doğru deyil”.

APA-nın məlumatına görə, bunu TƏBİB-in xəstəliklərin profilaktikası kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, bunu ancaq faiz gostərici ilə demək olar: “Azərbaycanda ölüm göstəricilərində artma müşahidə olunmur. Ölüm halları xəstəliyin gedişatı ilə əlaqədardır. Hazırda koronavirusla bağlı ölüm hallarında artma yoxdur”.