Sosial şəbəkədə biz:

"Səni axtarıram" bu tarixdən efirə qayıdır - Zaur Kamalın verilişi isə...

21 November 2021, 12:16
Gündəm

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının efirə çıxacağı tarix bəlli olub.

Aparıcının "Səni axtarıram" proqramı noyabrın 22-də, həftənin bazar ertəsi ARB telekanalında efirə gedəcək.

Hidayətqızı saat 16:00-da tamaşaçı qarşısına çıxacaq.

Qeyd edək ki, bu günə qədər aparıcı Zaur Kamalın "Həmin Zaur" verilişi saat 16:30-da efirə gedirdi. Zaur bildirib ki, proqramının vaxtı dəyişdirilib. Aparıcı növbəti həftədən saat 20:50-də tamaşaçı qarşısına çıxacaq.(axsam.az)