Sosial şəbəkədə biz:

Səkkizinci kilometrdəki “Tərtər” restoranından müştərilərə koronavirus diskriminasiyası

22 November 2021, 08:36
Gündəm

Bakının Nizami Rayonu ərazisində yerləşən “Tərtər” adlı restoranın rəhbərliyi koronavirusu bəhanə edərək, müştərilərə qarşı əməlli başlı diskriminasiya həyata keçirir. Bu barədə Azinforum.az-a məlumat verən jurnalist Elmira Elmanqızı deyib ki, qapalı məkana daxil olmaqla bağlı bütün müvafiq sənədi olsa da , onu restorana buraxmayıblar: “ Restoranın personalı tibbi maskadan istifadə etmir. Öz daimi müştərilərini isə sənədlərinə baxmadan kabinetlərdə əyləşdirirlər. Xahiş edirəm ki, əlaqədar qurumlar xəstəlik mənbəyi olan bu restoran barədə lazimi ölçü götürsünlər”.

Azinforum.az